Dünya 12:56 04.12.2022

İranda edamlar davam edir: Daha 4 nəfər asıldı (SƏBƏB)

İranda bu gün səhər saatlarında daha 4 nəfər edam olunub.

Qaynarinfo bu barədə "Mehr” agentliyinə istinadən xəbər verir.

Asılaraq edam edilənlər xarici kəşfiyyatla - MOSSAD-la (İsrail Xarici Kəşfiyyat Xidməti) əməkdaşlıqda ittiham olunub. MOSSAD-la əməkdaşlıqda ittiham olunan daha 3 nəfərə isə 5 ildən 10 ilə qədər həbs cəzası verilib.
 
"Bu səhər sionist kəşfiyyat xidməti ilə əlaqəli olan qrupun dörd əsas üzvünə qarşı hökmlər icra edilib”, deyə rəsmi açıqlamada bildirilib.\

Daha üç təqsirli bilinən şəxs beş ildən on ilədək həbs cəzası alıb. Onlar İranın milli təhlükəsizliyinə zərbə vurmaqda, adam oğurluğunda şərik olmaqda, qanunsuz silah saxlamaqda, İranın nüvə obyektlərində təxribat, o cümlədən iranlı alimləri qətlə yetirməkdə təşkilatçılıqda ittiham olunublar.