Xəbər lenti

İranda koronavirusa yoluxan deputatların sayı 23-ə çatdı
Dünya10:49 03.03.2020

İranda koronavirusa yoluxan deputatların sayı 23-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 23 millət vəkilinin koronavirus testi müsbət çıxıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə parlamentin sədr müavini açıqlama verib. Rəsmi məlumatlara görə isə İranda Kovid-19-dan ölənlərin sayı 66 nəfərə çatıb. 1501 nəfər isə infeksiya daşıyıcısıdır.
Xatırladaq ki, bundan əvvəl də İran səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub. Ölkənin Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi isə koronavirusdan ölüb.
Camal