İsfahan Qubernatorluğunun Böhran İdarəetmə İdarəsinin baş direktoru Mənsur Şişəfuruş bəyan edib ki, Qavxuni bataqlıq ərazisinin 98%-nin quruması müşahidə edilir.
Bu barədə Qaynarinfo "Mənototv"-ə istinadən xəbər verir. M.Şişəfuruş xəbərini açıqladıqdan sonra əlavə edib ki, belə vəziyyətin Isfəhan bölgəsinin toz mərkəzinə çevrilmə potensialı var və bunun qarşısını almaq üçün qərara alınıb ki, bataqlıqın su hüquqlarını təmin etmək üçün Energetika Nazirliyinə muraciət olunsun.
Bir qədər əvvəl İran rəsmiləri Urmiyə gölünün 95%-nin quruduğunu bildirmişdilər , lakin İran sularının quraqlıq böhranı yalnız Urmiyə gölü ilə yekunlaşmayıb. İsfəhanın Zəyəndərud çayı və Əhvazdakı Horul Əzim bataqlığı tamami ilə quruyub. Gilan əyaləti rəsmiləri isə Ənzəli bataqlığının yarısının quruduğunu bildiriblər. Həmçinin bu ölkənin Energetika nazirliyi bu yaxınlarda elan edib ki, İranın su anbarlarının yalnız 30%-də orta hesabla su var və İran çaylarının 90%-dan çoxu ciddi su çatışmazlığı problemi ilə üzləşib.
Qeyd edilir ki, İranın Su Administrasiyasının rəsmilərinin məlumatına görə, İranın 31 əyalətindən 26-sı su ehtiyatlarının kəskin çatışmazlığı problemi ilə üzləşib.
Aydın