Dünya 16:50 29.04.2022

İranda "Qüds" yürüşü: Ballistik raketlər nümayişi etdirildi, bayraqlar yandırıldı (FOTOLAR)

İranda Ramazan ayının son cümə gününün ənənəvi "Qüds” yürüşündə ballistik raketlər nümayiş etdirilib.

Qaynarinfo bu barədə İranın Fars xəbər agentliyinə istinadən məlumat verir.

Hökümətin təşkil etdiyi "Qüds günü” yürüşü aprelin 29-da İranın bütün əyalətlərində həyata keçirilib.

Tehranda isə "Zelzal”, "Xeybər Shekən” və "Emad 3” ballistik raketləri nümayiş etdirilib.

Yürüşdə həmçinin İsrail, Böyük Britaniya və ABŞ bayraqları yandırırlıb.

Tədbirə İranın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident İbrahım Rəisi, spiker Məhəmmədbağır Qalibab və hərbi qüvvələrin baş komandanları da qatılıb.

M.Arif