Xəbər lenti

İranda saxta içkidən 73 nəfər zəhərlənib: şallaqlanacaqlar
Dünya12:34 25.02.2019

İranda saxta içkidən 73 nəfər zəhərlənib: şallaqlanacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Şərqi Azərbaycan vilayətinin Əhər kəndində 73 nəfər saxta içkidən zəhərlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Zəhərlənənlərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, İranda spirtli içkilər qadağan olmasına baxmayaraq bəzi evlərdə və yeraltı obyektlərdə hazırlanır. İran qanunvericiliyinə görə, spirtli içki istehsal edənləri 6 aydan 1 ilə qədər həbs və 74 şallaq cəzası gözləyir, içənlərə isə 80 şallaq çəzası verilir.