İranın cənubunda müşahidə edilən sel fəlakəti itkilərə səbəb olub.
Qaynarinfo xəbər verir ki, təbii fəlakət Şiraz şəhərində 11 nəfərin ölümü, 68 nəfərin xəsarət alması ilə nəticələnib. 200 avtomobil yararsız hala düşüb. Rəsmilər itkilərin sayının artacağı barədə xəbərdarlıq ünvanlayıb və vətəndaşlara evlərini tərk etməməyi tövsiyyə edib.
İran Meteorologiya İdarəsi daha əvvəl Fars, Xuzistan, Kirman, Kermanşah və s. ərazilərdə şiddətli yağış və sel barədə xəbərdarlıq etmişdi.