Xəbər lenti

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 40-a çatdı - FOTO
Dünya17:49 25.11.2016

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 40-a çatdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.

Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.

Qaynarinfo.Az