İranda son günlər baş verən etirazların ardınca bu gün Əhvazda sosial təminat təqaüdçüləri ilə yanaşı Tehranda bank şəbəkəsi təqaüdçüləri, eləcə də İlam və Fəsada ticarətçilər etiraz üçün küçələrə axışıb.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər
verir.
Əhvaz şəhəri son günlər demək olar ki, hər gün sosial təminat pensiyaçılarının hökumət tərəfindən minimum əməkhaqqı olmayan pensiyaçıların maaşlarının 10 faiz artırılmasının ölkədəki yüksək inflyasiyaya uyğun olmadığını bildirərək etiraz aksiyalarına şahidlik edən şəhərlərdən biridir.
Çərşənbə günü, iyunun 16-da Əhvazda keçirilən etiraz aksiyalarla bağlı yayılan videolarda 2000-dən çox sosial təminat işçisi qubernatorluq binası qarşısında hökumət və Rəisi əleyhinə şüarlar səsləndirib.
Tehrandakı etirazlarla bağlı videolarda isə görünür ki, bank şəbəkəsi təqaüdçüləri bank işçilərinin pensiya fondu qarşısına toplaşaraq dövlət başçısının istefasını dəstəkləyən şüarlar səsləndirirlər.
Təqaüdçülərin etirazları ilə yanaşı, bu gün İlam və Fəsadakı ticarıtçilər də öz dükanlarını bağlayaraq toplaşıblar. Onlar özəl sektorun vergi dərəcəsinin artırılmasına etiraz ediblər.
İlamda tacirlər şəhərin vergi idarəsinin qarşısına toplaşaraq, məmurların istefasını və etirazlara ictimai dəstək tələb ediblər.
Qeyd edilir ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində müəllimlər də onların yaşayış şəraitinə etiraz edib və onların cümə axşamı, sabah, iyunun 16-da yenidən küçələrə çıxması xəbərı planlaşdırılır.
M.Arif