Xəbər lenti

İranda təqaüdçülərin etiraz aksiyaları davam edir (VİDEO)
Dünya14:36 07.06.2022

İranda təqaüdçülərin etiraz aksiyaları davam edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda dünən keçirilən pensiyaçıların etiraz aksiyaları zamanı bir neçə nəfər saxlanılıb. Buna baxmayaraq bu gün aksiyalar davam etdirilib.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.
Təqaüdçülər hökumətin pensiyaları 10 faiz artırmasına etiraz əlaməti olaraq küçələrə çıxıb. Onlar təqüadlərin artırılmasını tələb edib, hökumət rəhbərlərinin əleyhinə şüarlar səsləndirib.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaların davam edəcəyini bildiriblər.
Etirazların ikinci günündə Yəzd, Əhvaz, Kermanşah, İlam, Məşhəd, Təbriz, İsfahan, Xorrəmabad, Qəzvin, Kərəc, Kerman və Sircan kimi şəhərlərdə nümayişlər baş tutub.
Qeyd edək ki, aksiya iştirakçıları təqaüdlərin artırılmasını və vaxtında ödəniş edilməsini, həmçinin yaşayış minimumu səviyyəsində pensiya verilməsini, tələb edirlər. Etirazçılar illik inflyasiya uyğun olaraq 38 faiz artım istəyir, hökumət isə 10 faiz təklif edir.
M.Arif