İranda təqaüdçülər pensiyalarının 10 faiz artırılması qərarına etiraz olaraq yenidən küçələrə çıxıblar.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
Təxminən bir həftə əvvəl hökumət sosial təminat pensiyaçılarının əvvəlki vədlərə baxmıyaraq, 38 faiz yerinə ,10 faiz artırılacağını elan etdikdən sonra İranın müxtəlif şəhərlərində geniş etiraz aksiyaları başlayıb.
Bu gün də Əhvaz, Həmədan, Kərəc, İlam və Şuş daxil olmaqla müxtəlif şəhərlərdə təqaüdçülərin etiraz aksiyaları keçirilib.
Tğqaüdçülər hökumətin pensiyaların artırılması ilə bağlı verdiyi vədləri yerinə yetirilməməsinə etiraz edib.
M.Arif