Xəbər lenti

İranda tətil başladı: Əhali hakimiyyətin repressiv siyasətinə etiraz olaraq işə çıxmır
Dünya13:42 16.11.2022

İranda tətil başladı: Əhali hakimiyyətin repressiv siyasətinə etiraz olaraq işə çıxmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın İsfahan şəhərində "Zob Ahan” şirkətinin işçiləri tətil edib. 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, onlar 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalarda həbs edilənlərin azadlığa buraxılmasını, ümumiyyətlə mövcud sisteminin dəyişməsii tələb edirlər. 
Məlumatlara görə, İranın digər iri şəhərlərində də tətillər müşahidə olunur. Müxtəlif müəssislərdə işləyən insanlar hakimiyyətin repressiv siyasətinə etiraz olaraq işə çıxmaqdan imtina edir. Bundan başqa, İranda ticarətçilərin də tətil etdiyi bildirilir. Bəzi məlumatlara görə, proses ölkəboyu müşahidə olunur.
Həmçinin İranın universitetlərində də aksiyalar səngiməyib. Hökumət qüvvələrinin qəddarlığına baxmayaraq, tələbələr aksiyaları davam etdirir. 
İndiyə qədər yüzlərlə tələbə həbs edilib. Qarşıdurmalar zamanı hökumət qüvvələri tərəfində öldürülən tələbələr də var.
Artıq məktəblərdə belə mövcud sisteminin əleyhinə aksiyalar təşkil edilir. 
Qeyd edək ki, 22 yaşlı Məhsa Əmin sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılıb. O hicab qanununu pozmaqda ittiham edilib. Sentyabrın 16-da isə onun polis bölməsində ölməsi barədə məlumat yayılıb. Rəsmi versiyaya görə, Məhsa Əmin səhhətindəki problemlərdən dolayı dünyasını dəyişib. Lakin iranlı fəallar onun polis bölməsində döyülərək öldürüldüyünü iddia edir. 
Bu hadisə İranda etirazlara səbəb olub. Sentyabrın 16-dan bu yana ölkədə aksiyalar keçirilir. Hakimiyyət zorakı üsullarla aksiyalarının qarşısını almağa çalışır. Bir çox hallarda aksiya iştirakçılarına odlu silahdan atəş açılır. Bu günə qədər aksiyalarda 326 nəfər öldürülüb. 
Seyid