Xəbər lenti

İrandakı amerikalı məhbuslar nə vaxt azad ediləcək? - XİN-dən açıqlama
Dünya14:58 21.08.2023

İrandakı amerikalı məhbuslar nə vaxt azad ediləcək? - XİN-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi mətbuat konfransında bildirib ki, amerikalı məhbusların azad edilməsi prosesi iki aya qədər davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
"Müvafiq orqanlar tərəfindən konkret vaxt çərçivələri elan edilib və bu proses ən çox iki ay çəkəcək", deyə XİN rəsmisi bildirib.
Bu ayın əvvəlində Tehran və Vaşinqton İranda saxlanılan 5 ABŞ vətəndaşının azad edilməsi və İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq aktivlərinin blokdan çıxarılması ilə bağlı razılığa gəlib.
Aydın