Xəbər lenti

İrandan ABŞ casuslarına ömürlük həbs və edam cəzası
Dünya12:42 02.07.2019

İrandan ABŞ casuslarına ömürlük həbs və edam cəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda ötən il casusluq iddiası ilə həbs olunan şəxslərə ömürlük həbs cəzası və edam tələb olunub.
Qaynarinfo Fars News-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sözçüsü Qulam Hüseyn İsmaili məlumat verib. Onun sözlərinə casuslardan 2-si ömürlük həbsə məhkum edilib, digərlərini isə edam cəzası gözləyir.
Xatırladaq ki, casusluq ittihamı ilə həbs edilən şəxslər İranın nüvə və müdafiə sənayesində çalışıb və ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün işləyiblər. Ötən ay İran Müdafiə Nazirliyi Aerokosmos Sənayesi Təşkilatının sabiq işçisi Cəlal Hacızəvvar Ağ Ev və CIA üçün işlədiyinə görə edam edilib.
Gülşən