
İran Rusiyaya ABŞ istehsalı olan pilotsuz təyyarəsi "ScanEagle"in surətini hədiyyə edib.
Qaynar.info İran mətbuatına istinadən xəbər verir ki, pilotsuz təyyarə İran İnqilab Keşikçiləri Korpusunun Kosmik Qüvvələr Komandanlığının generalı Əmir Əli Hacızadə tərəfindən Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Viktor Bondarevə təqdim olunub.
"Tehran Times"in məlumatına görə, Bondarenkoya təhvil verilən təyyarə İran tərəfindən istehsal olunub.
Rusiyalı həmkarı ilə görüşdən sonra Hacızadə bildirib ki, pilotsuz təyyarə İran İslam Respublikasının texniki nailiyyətlərinin rəmzidir.
Qeyd edək ki, İran ötən ilin dekabrında Fars körfəzində ABŞ-a məxsus pilotsuz təyyarəni vurmuşdu.
Qaynar.info