İran tankerinin Yunanıstan tərəfindən müsadirə edilərək ABŞ-a təhvil verilməsindən sonra analoji addım atıb.
Qaynarinfo "LIoyold List" gəmiçilik informasiya şirkətininə istinadən xəbər verir ki, İran ötən gün Yunanıstanın iki tankerini
ələ keçirib. Artıq rəsmi Afina bu addımın "mənfi nəticələri" barədə xəbərdarlıq edib.
"Lloyds List" informasiya şirkəti mayın 27-da bildirmişdi ki, Yunanıstan bayrağı altında üzən və ölkənin mülkiyyəti olan "Prudent Varior" və "Delta Poz Yiddon" tankerləri İran tərəfindən ələ keçirilib.
Bir neçə saat sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki Yunanıstan tankerinin ələ keçirilməsini təsdiq edən bəyanat yayıb. Bəyanatda Fars körfəzində baş verən hadisənin təfərrüatları açıqlanmayıb.
Adıçəkilən iki tanker son bir neçə gün ərzində Fars körfəzində olub və "Vessel Favender" gəmi izləyən şirkət Hörmüz boğazında iki tankerin cari yerini göstərir.
Bu hadisə Yunanıstanın dərhal reaksiyasına səbəb olub. Afina hadisəni "piratçılıq" adlandırıb və gəmilərin dərhal geri qaytarılmasını tələb edib.
Məlumata görə, gəmilərin hər biri İraq və Qətərdən bir milyon barrel neft daşıyıb.
Qeyd edək ki, İranın 700 min barel neftini Rusiya bayrağı altlnda daşıyan "Lara" tankeri (əvvəlki adı "Pegas") bu ilin aprel ayının 15-də Yunanıstan sularında saxlanılıb. Məlumata görə, gəmi 700 min barrel Iran neftın daşıyırmış. Neft yükü mayın 23-də ABŞ gəmisinə daşınıb və Amerikaya təhvil verilib. Cari qiymətlərlə zəbt olunan neftin dəyəri 77 milyon dollar təşkil edir.
M.Arif