Xəbər lenti

İranə Tağızadə dəfn olundun (YENİLƏNİB)
Sənət08:16 10.04.2023

İranə Tağızadə dəfn olundun (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.
"Report" xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
13.18
Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib.
Xalq artistinin nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
12:16
Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.