Xəbər lenti

İranın çox sayda şəhərində müəllimlərin etiraz aksiyası başladı
Dünya09:09 16.06.2022

İranın çox sayda şəhərində müəllimlərin etiraz aksiyası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda Müəllimlərin Həmkarlar İttifaqları Koordinasiya Şurasının çağırışına cavab olaraq, bu gün ölkənin müxtəlif şəhərlərində müəllimlərin etiraz aksiyaları başlayıb. 
Qaynarinfo bu barədə "Azadlıq Radiosu"nun fars bölməsinə istinadən xəbər verir.
Məlumata görə, Mərivan, Sənəndəc, Kirmanşah, Tehran, Əndimeşk, Saqqız, Bukan, Həmədan, Əhvaz, Xürrəmabad, Kaşmər, Bəndər Abbas, Bicar, Sarı və Kərəc şəhərlərində müəllimlərin etiraz aksiyaları baş tutub.
Tehrandan gələn videolarda İslami Şura Məclisinin qarşısında aksiyanın qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı toplaşıb.
Müəllimlərin Həmkarlar İttifaqları Koordinasiya Şurası bəyanat yayaraq, müəllimləri həbsdə olan həmkarıarının azad olummasını tələb etməyə çağırıb. Müəllimlərin reytinqinin tam tətbiqi, təqaüddə olan təhsil işçilərinin hüquqlarının bərabərləşdirilməsi, 30-cu konstitusiya prinsipinin həyata keçirilməsi və pullu təhsilin ləğv olunması tələbi bu aksiyaların ölkə miqyasında keçirilməsinin səbəblərindəndir.
M.Arif