İranın daxili işlər naziri Əbdülrza Rəhmanı Fəzli impiçment edilə bilər.
Qaynarinfo xəbər verir ki, parlament 5 noyabrda bu məsələni müzakirə edəcək. 3 oktyabrda 25 deputat nazirə etimadsızlıq göstərilməsi ilə əlaqədar qanunverici orqana layihə göndərib. Nazir təhlükəsizlik məsələsinin pis təşkilində ittiham edilir.
Qeyd edək ki, 2013-cü ildən bəri daxili işlər naziri vəzifəsini icra edən Fəzli ilə bağlı addımın səbəbi 22 sentyabrda Əhvaz şəhərində 25 nəfərin ölümünə səbəb olan terror aktıdır.
Gülşən