Xəbər lenti

İranın Məşhəd şəhərində “Türkiyə gözəllıkləri”adlı fotosərgi açıldı
Dünya11:50 15.06.2022

İranın Məşhəd şəhərində “Türkiyə gözəllıkləri”adlı fotosərgi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Məşhəd şəhərindəki Baş Konsulluğu tərəfindən İranın Xorasan Rəzəvi vilayətinin Böyük Muzeyində "Türkiyə gözəllıkləri” adlı fotosərginin açılışı olub.
Qaynarinfo TRT-yə istinadən xəbər verir ki, dünən başlayan sərginin rəsmi açılışı bu qün (15 iyun) İranın Məşhəddəki baş konsulu Fateh Topçu olub və sərgi gələn həftəyə qədər davam edəcək.
Sərgidə Türkiyə Fotojurnalistlər Dərnəyinin seçilmiş fotoqraflarının Türkiyənin mədəni, təbii və tarixi görməli yerləri mövzusundakı əsərləri nümayiş olunur.
Sərgidə iştirak edən Türkiyənin Məşhəddəki baş konsulu Fateh Topçu belə bir tədbirin Məşhəddə keçirilməsindən məmnunluğunu ifadə edib.
O, əlavə edib: "Biz iki dost və qardaş ölkənin vətəndaşlarının bir-birlərini daha yaxşı başa düşmək və yaxından tanımaq eləcə də səmimi münasibətləri artırmaq üçün səylərimizi davam etdirmək istəyirik”.
O, həmçinin Xorasan Rəzəvi Əyalətinin Mədəni İrs, Əl işləri və Turizm Baş İdarəsinin üzvlərinə, İran Xarici İşlər Nazirliyinin Şimal və Şərq Nümayəndəliyinə və Xorasanın Böyük Muzeyinin rəsmilərinə göstərdikləri qonaqpərvərliyə və dəstəyə görə təşəkkür edib.
İran rəsmiləri də mədəni tədbiri alqışlayıb və İran fotoqraflarının bənzər sərgilərinin Türkiyədə nümayiş etdiriləcəyinə də ümidvar olduqlarını bildiriblər.
Qeyd edikir ki, sərgidə müxtəlif ölkələrin Məşhəddəki Baş Konsulluqlarının və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də iştirak ediblər.
M.Arif