Pensiyaçılar İranın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Təbriz, Kərəc, Əhvaz, Ərak və Yəzddə ardıcıl üçüncü gündür etiraz aksiyaları keçirir.
Qaynarinfo bu barədə "Azad Avropa" radiosunun fars bölməsinə istinadən
xəbər verir.
Çərşənbə günü Ərakda keçirilən aksiyadan yayılan videolarda təqaüdçülər özlərinin və ailələrinin ağır həyat şəraitinin əlaməti olaraq əllərində boş süfrələr gəzdiriblər.
İranın müxtəlif şəhərlərində etirazçılar hökumətin və prezidentin səmərəsizli ilə bağlı şüarlar səsləndiriblər.
Qeyd edilir ki, bu həftənin bazar ertəsi və çərşənbə axşamı bir çox şəhərlərdə, o cümlədən Məşhəd, Şüştər, İlam, Yəzd, Qəzvin, Kərəc, Bəndər Əbbas, Əhvaz, Xürrəmabad, Təbriz, Sircan, İsfəhan və Kirmanşah təqaüdçülər aksiya keçirib.
Qeyd edək ki, aksiya iştirakçıları təqaüdlərin artırılmasını və vaxtında ödəniş edilməsini, həmçinin yaşayış minimumu səviyyəsində pensiya verilməsini, tələb edirlər. Etirazçılar illik inflyasiya uyğun olaraq 38 faiz artım istəyir, hökumət isə 10 faiz təklif edir.
M.Arif