İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarükü səbəbindən Böyük Britaniya, Almaniya və Fransa nüvə sazişini poza bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazıb.
Qeyd olunur ki, üç ölkə İrandan ballistik raketlərin hazırlanması və istehsalına dair oktyabrın 18-də müddəti bitəcək sanksiyaları hələlik aradan qaldırmayacaq. Razılaşmanın pozulmasının digər səbəbi kimi ölkələr İranın Rusiyaya ballistik raketlərin mümkün tədarükü ilə bağlı xəbərləri nəzərdən keçiriblər.
Daha əvvəl "The Guardian” Tehrandakı mənbələrə istinadən yazıb ki, İran Ukrayna ilə münaqişədə istifadə üçün Rusiyaya yeni növ qabaqcıl uzunmənzilli döyüş PUA-larını qaçaqmalçılıq yolu ilə keçirmək üçün qayıqlardan və dövlətə məxsus aviaşirkətdən istifadə edib.
Nəşr qeyd edir ki, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.
Aydın