İranın pilotsuz uçuş aparatlarının Rusiyaya təhvil verilməsi BMT Təhlükəsizlik Şurasının İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini təsdiqləyən qətnaməsini pozacaq.
Qaynarinfonun "Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandre
bildirib.
Qeyd edilir ki, sözügedən dronlar raketlərin və raket texnologiyalarının yayılmasını məhdudlaşdırmaq məqsədi daşıyan dövlətlər arasında qeyri-rəsmi siyasi razılaşma olan Raket Texnologiyalarına Nəzarət Rejiminə tabedir.
"Rusiya silahlı qüvvələrinin Ukraynada İran pilotsuz uçan aparatlarından istifadə etməsi ilə bağlı çox saylı məlumatları qeyd edirik. Onlar mülki hədəflərə yönəlib, bu, müharibə cinayətidir", - o deyib.
Nizami Bağırov