Xəbər lenti

İranın Rusiyaya satdığı PUA-lar keyfiyyətsiz çıxdı - Reuters
Dünya10:31 30.08.2022

İranın Rusiyaya satdığı PUA-lar keyfiyyətsiz çıxdı - Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika icraçı rəsmisi bəyan edib ki, Rusiya İran tərəfindən istehsal olunan dronlardan istifadə edərkən dəfələrlə uğursuzluğa düçar olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinin məlumatında deyilir.
Adının açıqlanmasını istəməyən bu məmur Rusiyanın ötən aylarda İrandan "Mohajer 6" pilotsuz uçan aparatları və "Şahed" kolleksiyasından aldığı digər dronlardan Rusiya ilə Ukrayna arasındakı müharibədə istifadə etməyə çalışdığını bildirib.
Amerikalı icraçı deyib: "Biz Rusiyanın İranın dronlarından istifadə etmək istədiyini qiymətləndirdik. Bu pilotsuz təyyarələr havadan yerə hücum edə və Ukraynadakı mövqeləri hədəfə ala bilir, amma güya ki, onların Ukraynada lazımi effekti olmayıb.
Mütəxəssislər əvvəllər radarın zəifliyini, qeyd kameralarında və görüntülərin idarəetmə mərkəzinə göndərilməsi sistemindəki qüsurları və bu dronların dəqiq hədəfi aşkar edə bilməməsı və hədəfə dəqiq zərbə endirə bilməməsini onların zəif cəhətləri hesab ediblər.
Aydın