Xəbər lenti

İranlı ekspert: Türkiyənin İrana qarşı koalisiyada olması reallıqdan uzaqdır
Dünya12:40 06.07.2022

İranlı ekspert: Türkiyənin İrana qarşı koalisiyada olması reallıqdan uzaqdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İrana qarşı münüasibəti ilə bağlı mətbuatda dərc olunan bütün müzakirələrin heç bir real və praqmatik əsası yoxdur və bunlar sadəcə anlaşılmazlığa səbəb olub. 
Qaynarinfo Andolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Tərbiət Modares Universitetinin professor-müəllim heyətinin üzvü, beynəlxalq əlaqələr üzrə aparıcı ekspert Gülməhəmmədi Türkiyənin İrana münasibəti ilə bağlı fikir bildirərkən deyib.
Türkiyənin heç vaxt Səudiyyə Ərəbistanı və İsrailin oyun meydançasında oynamadığını deyən Gülməhəmmədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın strateji rəftar planı "başqalarının zəminində oynamaq deyil, oyun qurucusu olmaqdır”.
O deyib: "Türkiyənin İrana qarşı müvəqqəti tədbirləri daha çox taktiki xarakter daşıyır və biz koalisiyanın qarşıdurması və Türkiyə tərəfdən qarşıdurmanı nəzərdə tutmuruq, əksinə, İranın narahatlığına səbəb olan arzuolunmaz nəticələri nəzərdə tuturuq”.
Qeyd edilir ki, Türkiyənin region ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərinin normallaşmasından sonra bəzi İran mediası Ankaranın "anti-İran koalisiyasında” iştirak edəcəyini iddia edirlər.
M.Arif