Xəbər lenti

İranlı qadınların stadiona girməsinə dair çağırış edildi - FOTOLAR
İdman13:05 17.08.2016

İranlı qadınların stadiona girməsinə dair çağırış edildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranlı qadın aktivist Rio Olimpiadasında maraqlı pankard açıb.

Qaynarinfo.Az xəbər verir ki, o, kişi voleybolçularda İranın Misiri məğlub etdiyi oyunda ingilis dilində "İranlı qadınların stadionlara girməsinə icazə verin" cümləsi yazılmış pankardı nümayiş etdirib.

Təhlükəsizlik nümayəndələri siyasi yönümlü olduğu üçün bu pankardı açan Belçika vətəndaşı Darya Safaini "Marakazinyo" arenasından çıxarmaq istəyib. Ancaq qadının göz yaşları onların bu fikirdən vaz keçməsinə səbəb olub. İranlı qadın bu hadisədən sonra "Nəticə alanadək bunu davam etdirəcəyəm" deyib.

O da məlum olub ki, Darya Safaini bu fəaliyyəti ilə əvvəl də məşğul olub. O, Hollandiyada keçirilən çimərlik voleybolu üzrə dünya çempionatında da bu aksiyadan istifadə edib. Həmçinin "Feysbuk"da belə bir qrup da yaradılıb. Orda braziliyalı qadınlar bu kampaniyaya dəstək olduqlarını ifadə ediblər.

Qeyd edək ki, İranda qadınların kişilərin oynadığı vaxt stadionlara girməsi qadağandır və ya onların girişi məhdudlaşdırılır. Yalnız 2012-ci ildə voleybol yarışlarında qadınların oyunlara gəlib baxmasına dair qadağa aradan götürülüb. 

Qaynarinfo.Az