Məlumata görə 30 may bazar ertəsi saat 11:29-da İraqın qərbindəki Əl-Anbar əyalətindəki Ayn əl-əsədin bazası yenidən bir neçə raketlə atəşə tutulub.
Qaynarinfo bu bardə Əl-Ərəbiyə agentliyinə istinadən xəbər
verir.
Əl-Ərəbiyə İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir ki, hücum nəticəsində 5 raket beynəlxalq qüvvələrin dislokasiya yeri olan Ayn əl-əsəd hərbi bazasının ərazisinə düşüb, lakin insani və maddi xəsarət yoxdur.
Qeyd edilir ki, daha əvvəl, düz bir ay bundan öncə, aprelin 30-da həmin bazada hər hansı bir itki və ya maddi zərər vermədən bazaya yaxın düşən iki raket buraxılıb.
O zaman özünü "beynəlxalq müqavimət qrupu" adlandıran anonim qrup İran İslam Respublikası ilə bağlı telegram-kanal vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Əlavə olaraq qeyd edilir ki, son aylarda ABŞ-ın İraqdakı güc və maraqları dəfələrlə pilotsuz uçuş aparatlarının raket atəşinə və partlayışlarına məruz qalıb.
Belə hücumlara görə məsuliyyəti adətən tanınmamış tərəflər öz üzərinə alsalar da, əksər hallarda ABŞ onları İrana aid edir.
M.Arif