Xəbər lenti

İraq bu il neft məhsullarının idxalını dayandırmağı planlaşdırır
Dünya17:46 06.01.2024

İraq bu il neft məhsullarının idxalını dayandırmağı planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
"Report"un məlumatına görə, bunu İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad deyib.
"2024-cü ildə İraq yerli istehsala üstünlük verəcək və neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq.
Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.
İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ötən il aprelin 1-də deyib ki, hökuməti idxalı aradan qaldırmaq üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verir.