Xəbər lenti

İraq Kürd dövlətinə müstəqillik referendumunun ləğvi barədə təklif
Dünya10:50 13.08.2017

İraq Kürd dövlətinə müstəqillik referendumunun ləğvi barədə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq Kürd dövlətində hakim müxalif partiya hesab edilən Goran hərəkatı 25 sentyabrda planlaşdırılan referendumun ləğvini təklif edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hərəkatın rəsmiləri Süleymaniyyə bölgəsində yerləşən partiya mərkəzində bir araya gəlib və bu təklifi irəli sürüblər.

Açıqlamada bildirilir ki, ölkənin hazırkı iqtisadi, siyasi, sosial vəziyyəti bu dəyişikliyə hazır deyil. Müzakirəli bölgələr barədə xatırlatma edən hərəkat nümayəndələri müstəqillik referendumunun İraq konstitusiyasına zidd və qeyri-qanuni olduğunu qeyd ediblər.

Gülşən

Qaynarinfo.Az