Xəbər lenti

İraq Kürdüstanında parlament seçkiləri keçirilir
Dünya07:45 30.09.2018

İraq Kürdüstanında parlament seçkiləri keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İraq Kürdüstan Muxtar Vilayətində parlament seçkiləri keçirilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3,1 milyon seçicinin iştirak etdiyi seçkilərdə 111 parlament üzcü müəyyənləşdiriləcək. Seçkidə 29 siyasi partiyadan 673 namizəd mübarizə aparacaq.
Bərzani ailəsinin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası, Vətənpərvər Kürdüstan Birliyi və Goran Hərəkatının daha çox üstünlük qazanacağı gözlənilir.
Qeyd edək ki, muxtar bölgədə ötən ilin sentyabrında keçirilən müstəqillik referendumundan sonra iqtisadi və siyasi böhran davam edirdi. Uğursuz müstəqillik cəhdindən sonra prezident Məsud Bərzani vəzifəsindən getmək məcburiyyətində qalmışdı. 
Gülşən