
İraq ordusunun İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlarda 8 mülki şəxs olüb, 40 nəfər isə yaralanıb.
ANS PRESS-in məlumatına görə, Enbar və Salahaddin vilayətlərində həyata keçirilən hava hücumlarında yaralananlar Felluca dövlət xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən açıqlamada bildirilib ki, ölənlərin 2-si uşaq, biri isə qadın olub. Terror təşkilatının itkiləri ilə bağlı hər hansı bir məlumat yoxdur.
İraq hakimiyyəti isə bombardmanlarla bağlı hər hansı bir açıqlama verməyib.
Qaynar.info