Xəbər lenti

İraq ordusu Telaferdə əməliyyatlara başlayır
Dünya14:30 20.07.2017

İraq ordusu Telaferdə əməliyyatlara başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın Mosul şəhəri İŞİD terror təşkilatından azad ediləndən sonra Telafer şəhərində də əməliyyatlar start götürür.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 4 ildir İŞİD-in işğalında olan türkmən şəhərində tezliklə hərbi əməliyyatlar start götürəcək və şəhərə bir neçə istiqamətdən hücumlar təşkil ediləcək. Şəhər sədri Əbduləl Abbas hazırlıqların bitdiyini deyib. Ərazidə 1000 nəfər İŞİD terrorçusunun olduğu deyilir. Onların Çeçenistan və Avropa ölkələrindən gəldiyi bildirilir.

Əməliyyatlara Mosulun azad edilməsində yaxından iştirak edən İraq Şiə milisləri qrupunun lideri Haşdi Şabi qatılmayacaq. BMT sənədlərinə əsasən bu qrup iraqlı sünnilərə ingəncələr edib və öldürüb.

Gülşən

Qaynarinfo.Az