Xəbər lenti

İraq ordusundan İŞİD-ə qarşı növbəti əməliyyat
Dünya12:23 16.09.2017

İraq ordusundan İŞİD-ə qarşı növbəti əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq ordusu Mosul və Tel Əfarın ardından Suriya ilə sərhəddə yerləşən bölgələri İŞİD terror qrupundan geri almaq üçün əməliyyatlara başlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ordu qüvvələrinin ilk hədəfi Əl Qaim bölgəsidir. Suriyada Deyr Əz Zor mühasirəsini yaran Suriya ordusunun da tezlikdə Əl Qaim istiqamətində hərəkət etməsi gözlənilir.

Qeyd edək ki, İŞİD terror təşkilatı 9 iyulda Mosulu, avqustda isə Tel Əfarı əldən verib. Suriya-İraq sərhəddində geniş ərazini işğalda saxlayan terror təşkilatının burada da məğlubiyyəti təxmin edilir.

Gülşən

Qaynarinfo.Az