
İraqda növbəti terror aktları törədilib. Paytaxt Bağdadda həyata keçirilən hücumlar nəticəsində ümumilikdə 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələri rəsmilərinin məlumatına görə, partlayış Bağdadın şimalında şiələrin məskunlaşdığı Ər-Risalə, Sab-əl-Bor və Səidiyyə rayonlarında törədilib. Burada ticarət küçələrində alış-veriş edən insanlar hədəf götürülüb. Yaralıların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.
Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.