Xəbər lenti

İraqın baş naziri postuna namizəd müəyyənləşdi
Dünya13:01 25.07.2022

İraqın baş naziri postuna namizəd müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraq mediasının məlumatına görə, "Şiə Koordinasiya Çərçivəsi" komitəsi bu gün - bazar ertəsi (25 iyul) Məhəmməd Şiya əl-Sudaninin baş nazirliyə namizədliyi ilə bağlı razılığa gəlib.
Qaynarinfo bu barədə "Baghdadtoday" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, koordinasiya çərçivəsinin bütün üzvləri Sudaniyə səs verib.
Bundan əvvəl Hadi Əl-Ameri və Qasim əl-Ərci İraqın baş naziri postuna namizədlikdən geri çəkilmişdilər.
Məhəmməd Şiya əl-Sudani (1970-ci il təvəllüdlü) Heydər əl-İbadi hökumətində əmək və sənaye naziri, ondan əvvəl isə Nuri əl-Maliki hökumətində insan haqları naziri olub.
M.Arif