Xəbər lenti

İrəvan Bakının hansı şərtlərini qəbul edib?
Siyasət12:02 28.02.2023

İrəvan Bakının hansı şərtlərini qəbul edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fikrimcə, əldə olunan razılıq Bakının təqdim etdiyi 5 prinsipə söykənən məsələlərlə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev deyib. Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüşdə Bakının təqdim etdiyi sənəd müzakirə edilib:
"Əldə olunan və Ermənistan parlamenti sədrinin açıqladığı razılaşmalar da məhz həmin tədbirdə razılaşdırılıb. Həmin görüşdə əldə olunan konsensus da güman ki, Azərbaycanın təqdim etdiyi 5 prinsipdən ibarətdir. Çünki Ermınistan parlamentinin sədri Alen Simonyanın açıqlamasında da qeyd olunur ki, Qarabağla bağlı heç bir məsələ sülh müqaviləsinə daxil edilə bilməz. Bu isə o deməkdir ki, Azərbaycan Qarabağa hər hansı bir statusun verilməsini mümkünsüz hesab edir. 
Ermənistan tərəfi də bunun fərqindədir. Amma onlar həmin məqamın Bakı ilə İrəvan arasında imzalanacaq sülh sazişində ehtiva olunmasını özlərinin siyasi intiharı hesab edir. Azərbaycan da dəfələrlə vurğulayıb ki, razılaşmada Qarabağ məsələsi müzakirə oluna bilməz. Çünki Qarabağ Azərbaycanın daxili işidir. Konsensus ola bilsin ki, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizilə bağlı məsələdə əldə olunub”.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensusun əldə olunduğunu deyib. Lakin o, konkret hansı  məsələlər üzrə konsensusa gəlindiyini açıqlamayıb:
"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır".
Rüfət Sultan