Xəbər lenti

İrəvan Fransanın milyonlarla avroluq silahlarının pulunu necə ödəyəcək? - "Le Monde"
Dünya07:50 25.10.2023

İrəvan Fransanın milyonlarla avroluq silahlarının pulunu necə ödəyəcək? - "Le Monde"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil. 
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Monde” qəzeti yazır və qeyd edir ki, Fransanın Ermənistana dəstəyinə təlimlər, eləcə də radarların və zenit-raketlərin satışı daxildir.
"Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil", - nəşr qeyd edir.
Xatırladaq ki, bir gün əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqların nəticəsindən danışarkən deyib ki, Paris Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabiti göndərəcək, o həm də Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacaq.
Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri sadalayıb. Nazir ayrıca, Ermənistan Silahlı Qüvvələri üçün xüsusi təyinatlıların, xüsusən də dağlıq ərazilərdə döyüş əməliyyatları və yüksək dəqiqlikli atışlar üçün hazırlığını qeyd edib.
Lekornu həmçinin artıq elan olunmuş üç GM200 radarının Ermənistana tədarük edildiyini və Mistral hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.
Alpər