Xəbər lenti

İrəvanda Belarusa qarşı aksiya keçirilir (VİDEO)
Dünya14:24 09.02.2022

İrəvanda Belarusa qarşı aksiya keçirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda Belarus səfirliyi qarşısında etiraz aksiyasısı başlayıb. 
Qaynarinfo xəbər verir ki, aksiya iştirakçıları Belarus prezidenti Aleksandr Lukaşenkonu erməni xalqından üzr istəməsini, əks halda Belarus səfirliyinin bağlanmasını tələb edir.
"Lukaşenkonun son ifadələri alçaqcasına səsləndirilib. Dünyada onu heç kim qəbul etmir. Əlimdəki kollaja baxsanız aydın görəcəksiniz ki, Putin onu zəncirlə əlində saxlayır. Lukaşenkonu hətta Çində olimpiadaya da qəbul etmədilər. Bu kolxoz fulyeri (Alman fulyeri nəzərdə tutur - red.) bizim xalqı təhqir edib. Biz bura yığılmışıq ki, xalq olaraq onun və onun kimilərin üstünə tüpürək. Gərək elə bir dövlət quraq ki, Lukaşenko kimilər ağzını açmazdan əvvəl 100 dəfə ölçüb-biçsin. Belarus səfirliyinə baxın. Bu bizim vəzifəli şəxlərdən birinin villasıdır, onlara icarəyə verib. Xarici İşlər Nazirliyindən biri bunların səfirini çağırıb qullaqlarını dartmır. Xəbərlərdə yazırlar ki, səfir Xarici İşlər Nazirliyinə görüşə getdi. Görüşün mənası fərqlidir. Bu Paşinyan siyasətinin növbəti bleflərindən biridi. Bununla demək istəyirlər ki, guya səfir gəldi və bu məsələ ilə bağlı danışıldı. Belarus səfiri üzr istəməyənə qədər, onları ölkədən qovmaq lazımdır. 30 illik siyasətimizin nəticəsidir ki, pol əskisi kimin üstümüzdə ayaqlarını təmizləyib keçirlər" deyə aksiya iştirakçıxı bildirib.
Telman
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/7H1CY7ElnVI" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">