Xəbər lenti

İrəvanda etirazçılar nazirlikləri mühasirəyə aldı (VİDEO)
Dünya07:26 24.05.2022

İrəvanda etirazçılar nazirlikləri mühasirəyə aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər tezdən İrəvanda aksiya iştirakçıları Fransa meydanını tərk edərək Vazgen Sarkisyan küçəsində yerləşən Təhsil, Elm, Mədəniyyət, İdman nazirliklərinin, Xarici İşlər və Ədliyyə nazirliklərinin binalarına doğru yürüş ediblər. Az sonra iki qrupa bölünən müxalifət dərhal nazirliklərin bütün 6 girişini bağlayıb.
Qaynarinfo bu haqda erməni mediasına istinadla xəbər verir.
Saat 08:50-yə olan məlumata görə, nazirliklərin əməkdaşlarının əksəriyyəti işləmək üçün binaya daxil ola bilməyib.
Xarici işlər nazirinin müavinləri və baş katib hazırda Xarici İşlər Nazirliyinin binasındadır. Nazir Ararat Mirzoyanın binada olması ilə bağlı məlumatlar ziddiyyətlidir.
Parlament sədrinin müavini İşxan Sağatelyan Xarici İşlər Nazirliyinin binasının yaxınlığında bildirib ki, vətəndaşlar 2 müxalifət fraksiyasının deputatlarının Xarici İşlər Nazirliyinə yaxınlaşaraq mesajı çatdırmağı təklif ediblər. O bildirib ki, hakimiyyətin Qarabağın Azərbaycanın tərkibində olmasına qərar verməsinə ixtiyarı yoxdur, nazirlikdə çalışan məmurlar isə Azərbaycana işləyirlər.
Müxalifət deputatları Xarici İşlər Nazirliyinin binasına daxil olsalar da, vəziyyət gərgin olaraq qalır.