Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binasının qarşısında toplaşırlar.
Qaynarinfo xəbər verir ki, bu haqda RİA Novosti-nin məlumatında deyilir.
Etirazçılar qanunverici orqana bitişik olan mərkəzi Bagramyan prospektini tamamilə bağlayıblar. Parlament binasınin əhatəsi polis tərəfindən çevrəyə alınıb.
Müxalifət liderlərindən biri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müxalifət qüvvələrinin hakimiyyətin istefasına nail olana qədər bu cür hərəkətlərin ediləcəyini söyləyib.
Çərşənbə günü parlamentdə Paşinyanın da iştirak etməli olduğu hökumət saatı təyin edilib. Onun parlament binasına gəlib-gəlmədiyi hələlik bəlli deyil.
Alpər