Bu gün İrəvanda "Müqavimət” hərəkatının iştirakçıları yerdə oturaraq nəqliyyat yolunu iflic ediblər.
Qaynarinfo xəbər verir ki, səhər saatlarından hərəkat iştirakçıları Fransa meydanından eyni vaxtda dörd istiqamətdə yürüşə başlayıblar. Arqişti-Maştots-Qələbə körpüsü qovşağını bağlayan "Ermənistan” blokunun nümayəndəsi İşxan Sağatelyanın rəhbərlik etdiyi "Müqavimət” hərəkatının üzvləri ilə polis arasında əlbəyaxa dava düşüb.
Baş verən qarşıdurma nəticəsində vəziyyət gərginləşib, polis məcburyyət qarşısında güc tətbiq edib və etirazçıları saxlayıb. Buna baxmayaraq, etirazçılar yenə də irəliləməyə başlayıblar.
"Ermənistan” blokunun nümayəndələri İşxan Sağatelyan, Aram Vardyevanyan, Anna Qriqoryan tərəfdarlarının yürüşü Maştots prospektindən başlayıb və Əmiryan küçəsinə doğru hərəkət edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasından sonra Ermənistanda etiraz dalğası yaranıb.
Aprelin 22-də Milli Məclisin vitse-spikeri, "Ermənistan” fraksiyasının üzvü İşxan Sağatelyan baş nazir Nikol Paşinyanın və onun komandasının hakimiyyətdən uzaqlaşdırılması üçün küçə mübarizəsinə başladığını elan edib.
Mayın 1-də İrəvanda Fransa meydanında müxalifətin mitinqi başlayıb. İştirakçılar çadırlar və barrikadalar qurub. İşxan Saqatelyan mayın 2-dən küçələri bağlayaraq itaətsizlik aksiyalarının başladığını bildirib.
Mayın 3-də bir neçə rayonlararası yol bağlanıb, mayın 4-5-də isə itaətsizlik aksiyaları davam edib və axşam saatlarında Fransa meydanında təşkil olunan mitinqlə yekunlaşıb.
Mayın 6-da səhər saatlarında itaətsizlik aksiyaları yenidən başlayıb.
Telman