Xəbər lenti

İrəvandakı aksiyalarda media nümayəndələrinə qarşı zorakılıq edilib
Dünya11:25 02.05.2022

İrəvandakı aksiyalarda media nümayəndələrinə qarşı zorakılıq edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda bu gün səhər saatlarında başlayan müxalifətin etiraz aksiyaları zamanı jurnalist və operatorların işinə mane olunub.
Qaynarinfo xəbər verir ki, İrəvandakı Bağramyan-Proşyan küçələrinin kəsişməsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Sarkis Hovhannisyan mediahub.am saytının əməkdaşlarına qarşı güc tətbiq edib. S.Hovhaninisyan ona sual verən jurnalisti vurub. Hadisəni lentə alan operatora qarşı da güc tətbiq edilib və onun kamerası zədələnib.
Bundan başqa, Yerkir.am saytının jurnalisti Lia Sarkisyan polislə vətəndaşlar arasında növbəti toqquşmanı şərh etdiyi zaman polis tərəfindən zorakılığa məruz qalıb və huşunu itirib. Ona vətəndaşlar yardım göstərib.
Heratsi küçəsində maskalı şəxslər AntiFake.am saytının jurnalisti David Fidanyanı vuraraq, çəkilişə mane olublar. Həmin saytın jurnalisti İşxan Xosrovyan çəkiliş zamanı polislər tətrəfindən Sayat-Nova küçəsində yerlə sürüklənib. 
Xancyan küçəsində də polislər jurnalistlərin işinə maneə olublar.
Erməni seqmentlərindəki son məlumtlara görə, Ermənistan Jurnalistlər İttifaqı aksiyaları işıqlandıran jurnalistlərin hüquqlarının pozulmasını və onların peşə fəaliyyətinə maneə olmaq cəhdlərini pisləyib.
"Biz hüquq-mühafizə orqanlarını jurnalistlərin həm ölkə qanunvericiliyi, həm də çoxsaylı beynəlxalq konvensiyalarla təsbit olunmuş peşə fəaliyyətinə hörmətlə bağlı öhdəliklərə ciddi əməl etməyə çağırırıq”, - Ermənistan Jurnalistlər İttifaqının bəyanatında bildirilir.
Ermənistan Jurnalistlər İttifaqı siyasi prosesləri işıqlandıran bütün jurnalistlərin hüquqlarının pozulması hallarının araşdırılacağını, günahkarların gələcəkdə məsuliyyətə cəlb edilməsi üçün qeydlər aparılacağını da bildirib.
Telman