
"Real Madrid"-"Kopenhagen" oyunu 4:0 hesabı ilə başa çatıb və 2 qolun müəllifi Kriştiano Ronaldo olub
Şou-biznes Ötən gün “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Kriştiano Ronaldo 100-cü yubiley oyununu keçirib. Ans Press-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, futbolçunun sevgilisi rusiyalı model İrina Şeyk hər dəfə olduğu kimi bu oyunda da VİP tribunada əyləşərək sevgilisini izləyib.
Oyun Ronaldo üçün uğurlu olub. Belə ki, 4:0 hesabı oyunda iki qolun müəllifi o olub.
Görünür, sevgilisinin yubiley oyunu İrina üçün bir o qədərdə maraqlı olmayıb. Belə ki, onun oyun zamanı tez-tez kiminləsə mesajlaşması, əlindəki mobil telefonla oynaması diqqətdən yayınmayıb.
Qeyd edək ki, məşhur model aktrisalıq fəaliyyətinə başlamağı düşünür. Bu yaxınlarda gözəl pərəstişkarları fantastik janrda olan “Qerakl: Frakiyskie voynı” ("Herakl,Frak müharibəsi") adlı filmdə rol ifa edəcəyi gözlənilir.
Qaynar.info

