Xəbər lenti

İş adamı müğənni üçün hər gün təzə balıq tutdurur
Dünya11:47 07.07.2014

İş adamı müğənni üçün hər gün təzə balıq tutdurur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış iş adamı Rza Zərrab həyat yoldaşı Ebru Gündəşə təzə balıq yedirtmək üçün qəribə bir yola əl atıb.

ANS PRESS-in məlumatına görə, hazırda yoldaşı və qızı ilə Bodrumdakı lüks villasında istirahət edən Zərrab Ebruya olan sevgisini bir dəfə daha sübut edib. 

Belə ki, Ebru Gündəşin Bodrumda olduğu müddətdə axşam yeməklərində ümumiyyətlə balıq yediyini müşahidə edən Zərrab həyat yoldaşına təzə balıq yedirtmək üçün xüsusi bir dalğıc qrupu yaradıb.

Zərrab Gündəşin ürəyi nə vaxt balıq istəsə xüsusi dalğıc qrupuna xəbər verir. Dərhal Bodrum sularına enən dalğıclar ən təzə balıqları tuturlar. Tutulan balıqlar isə aradan 1 saat keçməmiş cütlüyün evində bişirilir. 

Bodrumda olduqları müddət ərzində gözlərdən uzaq bir həyat sürən məşhur cütlük bununla da təzə balıq yemək üçün restoranlara getməkdən xilas olublar. 

Qaynar.info