Xəbər lenti

İşğalçılar Mariupoldakı uşaq xəstəxanasını hava hücumu ilə dağıtdı (VİDEO)
Dünya17:26 09.03.2022

İşğalçılar Mariupoldakı uşaq xəstəxanasını hava hücumu ilə dağıtdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rus işğalçıları Mariupoldakı uşaq xəstəxanasına təyyarələrdən bombalar yağdıraraq xəstəxananın binalarını tamamilə dağıdıblar.
Qaynarinfo xəbər verir ki, bu haqda Mariupol Şəhər Şurası məlumat yayıb.
Yerli hakimiyyət orqanları işğalçıların hava hücumu nəticəsində yaralanan uşaqların sayını dəqiqləşdirir.
Şəhər şurasının yaydığı videoda xəstəxananın binasına ciddi ziyan dəydiyi görünür.
Bombalardan birinin partladığı yerdə dərin krater yaranıb.
Hadisə yerindən olan şahidlər partlayışların episentrinin doğum evi ilə uşaq şöbəsinin binaları arasındakı həyətdə olduğunu iddia edirlər.
Prezident Zelenski xəstəxananın atəşə tutulmasına dərhal reaksiya verib və bunu işğalçıların "vəhşiliyi” adlandırıb. O, dinc sakinlərin həyatını xilas etmək üçün Qərbdən terrora məhəl qoymamağa və Ukraynanın səmasını bağlamağa çağırıb.
Onun sözlərinə görə, binada dağıntılar altında uşaqlar və böyüklər var.
<iframe width="591" height="420" src="https://www.youtube.com/embed/TOnGE4zcBMo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">