Xəbər lenti

ISESCO-nun sabiq Baş direktoru Qarabağdakı antiterror tədbirləri ilə bağlı İlham Əliyevi təbrik etdi
Siyasət 18:37 22.09.2023

ISESCO-nun sabiq Baş direktoru Qarabağdakı antiterror tədbirləri ilə bağlı İlham Əliyevi təbrik etdi

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->