İsfahanın imam cüməsi və İran İslam Respublikası liderinin vilayətdəki nümayəndəsi Yusuf Tabatabaynecad cümə namazından çıxarkən hücuma məruz qalıb.
Qaynarinfo bu barədə VOA-in fars bölümünə istinadən xəbər
verir.
İmam-cümənin mətbuat xidmətinin katibi Həsən Həsəninin məlumatına görə, o, boyun nahiyəsindən yüngülvari yaralanıb.
Onun sözlərinə görə, imama bıçaqla hücum edən şəxs təxminən 25 yaşlı bir gənc olub.
O, əlavə edib ki, həmin gənc dərhal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun hücumunun motivi və məqsədi təhlükəsizlik xidməti əməkdaşları tərəfindən araşdırılır.
Qeyd edilir ki, bıçaqlanan imam İranın ən radikal mollalarından sayılır və ötən aylarda İsfahanda keçirilən su qıtlığı etirazçılarına qarşı sərt çıxışlar edərək onlara hədə-qorxu gəlib.
M.Arif