Xəbər lenti

"İşğalçılara cənubdan təzyiq etsək, onlar özləri qaçacaqlar" - Zelenski
Dünya06:31 11.09.2023

"İşğalçılara cənubdan təzyiq etsək, onlar özləri qaçacaqlar" - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Müdafiə Qüvvələri ölkənin cənubunda ruslara təzyiq göstərsə, işğalçılar özləri oradan qaçacaqlar.
Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə "The Economist”ə müsahibəsində deyib.
Ukrayna dövlət başçısı qeyd edib ki, cəbhə xəttində hətta məhdud irəliləyiş də böyük əhəmiyyət kəsb edir.
"Bizim indi hərəkətdəyik. Bu vacibdir”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, ağır ilkin itkilərdən və tələsik uyğunlaşdırılmış taktikadan sonra Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində Rusiyanın üç əsas müdafiə xəttindən birincisini yarıb keçə bilib. Eyni zamanda, Zelenski böyük irəliləyişin hələ qarşıda olduğunu vurğulayıb.
"Onlara cənubdan təzyiq etsək, qaçacaqlar", - Zelenski vurğulayıb.
Nizami Bağırov