Xəbər lenti

İşğaldan azad olunmuş şəhərdə ilk futbol matçı: Azərbaycanlı futbolçu qol vurdu
Foto 20:43 01.05.2022

İşğaldan azad olunmuş şəhərdə ilk futbol matçı: Azərbaycanlı futbolçu qol vurdu

Kiyev vilayətinin Borodyanka şəhərində Rusiya ordusunun işğalından sonra ilk dəfə futbol oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, Borodyanka Uşaq-Gənclər İdman Məktəbinin bazasında "Bayden” könüllülər batalyonunun komandası ilə Kiyev  "Dinamo”sunun veteranları arasında yoldaşlıq matçı baş tutub. Görüş 5:5 hesabı ilə yekunlaşıb.

"Dinamo”nun veteranlardan ibarət komandasının qollarına Azərbaycan əsilli Aleksandr Əliyev, Oleq Salenko, Andrey Boqdanov, Roman Paxolyuk və Viktor Moroz imza atıb.

Qeyd edək ki, aprelin 2-də Kiyev vilayəti rus qoşunlarından azad edilib. Borodyanka işğal dövründə tamamilə dağıdılıb. Şəhərdə dağılmamış ev qalmayıb, top və raket hücumlarından zirzəmilərdə gizlənən insanlar dağıntılar altında qalıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->