
İŞİD üzvlərinin vəhşiliyini göstərən daha bir video yayılıb. Qaynar.info xəbər verir ki, bu dəfəki görüntülər Suriya əsgərlərinin edamını əks etdirir.
Bu gün yayılan görüntülərdə bir müddət əvvəl girov götürülən 15 Bəşər Əsəd əsgərinin başı kəsilir. Onların arasında pilot və zabitlər də var.
Qaynar.info