
İraqın Mosul vilayətinin Zumar bölgəsində kütləvi məzarlıq tapılıb.
Axar.az xəbər verir ki, Kürdüstan Demokrat Partiyasının Mosul sözçüsü Said Memo verdiyi açıqlamasında meyitlərin yezidilərə məxsus olduğunu deyib.
Ölənlərin əksəriyyətini uşaq və qadınlar təşkil edir.
Memo həmin şəxslərin avqust ayında bu bölgədən keçdikləri zaman İŞİD silahlıları tərəfindən öldürüldüklərini bildirib.
Qaynar.info